Haqqımızda
FEB Group: HoReCa Sektorunda İndividual Həllər Təklif Edən Şirkət
FEB Group — HORECA (mehmanxana, restoran, kafe) sektoru üçün tək istifadəlik vasitələrin istehsalı sahəsində ixtisaslaşmış, 2016-cı ildən fəaliyyət göstərən şirkətdir. Sektordakı 10 illik təcrübəmiz və peşəkar yanaşmamızla Azərbaycanın ən nüfuzlu restoran və hotel şəbəkələri daxil olmaqla 200-dən çox daimi tərəfdaşın etibarlı seçiminə çevrilmişik.
Fəaliyyət Prinsiplərimiz: Şirkətimizin istehsal fəlsəfəsi keyfiyyət, gigiyena və müştəri məmnuniyyəti üçlüyünə söykənir. Biz müasir texnologiyalarla hazırladığımız məhsullar vasitəsilə sektorda standartları müəyyənləşdirir, hər bir müştərimizə fərdi (individual) yanaşma təklif edirik.
Nə təklif edirik?
• Geniş Məhsul Çeşidi: Brendləşdirilmiş nəm salfetlər, stick şəkər (ağ və qəhvəyi), ədviyyatlar, çatdırılma setləri, kofe stəkanları və digər yardımçı vasitələr.
• Fərdi Dizayn: Sizin istəyinizə uyğun, brendinizi ön plana çıxaracaq peşəkar şablonlar və individual dizayn seçimi.
• Operativlik: Sifarişlərin tələblərə uyğun şəkildə sürətli, vaxtında və təyin olunmuş məkanda çatdırılması.
• Sərfəli Qiymət: Daimi keyfiyyəti qorumaqla yanaşı, biznesiniz üçün ən uyğun qiymət siyasətini həyata keçiririk.
Hədəfimiz: Yerli bazarda qazandığımız mövqeyimizi yeni yatırımlar və innovasiyalar vasitəsilə qlobal səviyyəyə daşımaq, müştərilərimizə daim ən yüksək keyfiyyətdə yeni həllər təqdim etməkdir.
Biznesinizi bizim məhsullarla bir üst səviyyəyə qaldırın. Sizin brendiniz, bizim keyfiyyətimiz!

Bənzərsiz Dəyər Təklifi
Biz, müştərilərimizə yüksək keyfiyyətli xidmət və məhsul təmin etməyə sadiqik, onların məmnuniyyətini ön planda saxlayırıq.
