Restoran, kafe, fast-food və qənnadı məhsullarınızın təqdimatını fərqləndirin. Xüsusi loqo və dizaynla hazırlanan yağlı kağızlar həm qidaların gigiyenik və səliqəli çatdırılmasını təmin edir, həm də brendinizin yadda qalan olmasına kömək edir.
Əsas Üstünlüklər
-
Yağ və Nəmə Davamlı: Burger, dönər, qızartma, sendviç, pizza və xəmir xörəkləri kimi yağlı və isti qidalar üçün idealdır; sızdırmaz və forması pozulmaz.
-
Qida Standartlarına Uyğun: Birbaşa qida ilə təmasa yararlı, sertifikatlı xammaldan və qida üçün zərərsiz (su və ya bitki əsaslı) boyalardan istifadə edilir.
-
Yüksək Çap Keyfiyyəti: Brendinizin loqosu, sloqanı və ya korporativ naxışları tək və ya çoxrəngli çap texnologiyası ilə aydın şəkildə əks olunur.
-
Ekoloji Təmiz: Təbii sellülozadan hazırlanır, təbiətdə asanlıqla parçalanır və plastik tullantını azaldır.
İstifadə Sahələri
-
Burger, hot-doq, sendviç və dönər bükümləri
-
Fast-food səbətləri, taxta və metal altlıq örtükləri
-
Qənnadı, çörək-bulka və şirniyyat qutularının içi
-
Çatdırılma (delivery) və take-away paketləmələri
Texniki Göstəricilər və Seçimlər
| Parametr | Təsvir / Seçimlər |
| Kağız Növü | Ağ (ağardılmış) və ya Kraft (təbii qəhvəyi) yağlı kağız |
| Qramaj | 35 – 50 q/m² (istəyə və istifadə sahəsinə uyğun) |
| Ölçülər | Standart (məs. 30×30 sm, 30×40 sm) və ya sifarişə uyğun fərdi kəsim |
| Çap Növü | 1–4 rəng (Pantone / CMYK) fleksopik çap |







Reviews
There are no reviews yet.